Mario Dragi | |
---|---|
it. Mario Draghi | |
İtaliya Respublikasının Baş naziri | |
13 fevral 2021 – h.h | |
Əvvəlki | Cüzeppe Konte |
Avropa Mərkəzi Bankının Prezidenti | |
1 noyabr 2011 – 31 oktyabr 2019 | |
Əvvəlki | Jan-Klod Trişe |
Sonrakı | Kristin Laqard |
Maliyyə Sabitliyi Şurasının sədri | |
2 aprel 2009 – 4 noyabr 2011 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Mark Kerney |
İtaliya Bankının sədri | |
16 yanvar 2006 – 31 oktyabr 2011 | |
Əvvəlki | Antonio Fatsio |
Sonrakı | İnyatsio Visko |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Roma, İtaliya |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, bankir, universitet müəllimi[d], siyasətçi |
Həyat yoldaşı | Serena Kappello (1973–h.h) |
Uşağı | 2 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | iqtisadiyyat, riyazi iqtisadiyyat[1] |
Elmi dərəcəsi |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[2][3][…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi.[4]
İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri.
2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı. "Time 100" illik siyahısında üç dəfə siyahıya alınan yeganə italyandır. 2019-cu ildə Pol Kruqman onu "müasir dövrün ən böyük mərkəzi bankçısı" olaraq xarakterizə etdi. Pul siyasəti sayəsində Avropa borc böhranı dövründə geniş şəkildə "avronun xilaskarı" sayılır. Bəzi media tərəfindən "Super Mario" adlandırılıb, Avropa Mərkəzi Bankının Prezidenti olduğu dövrdə çoxsaylı mənbələr tərəfindən Avrozona böhranı ilə mübarizədə əsas rol oynadığı zaman bu ləqəbi məşhurlaşdı.[5]
Draginin AMB sədrliyi müddəti 2019-da bitdikdən sonra ailəsi ilə daha çox maraqlanacağını bildirdi. 3 fevral 2021-ci ildə, COVID-19 pandemiyası zamanı Cüzeppe Kontenin istefasından sonra İtaliya Prezidenti Serco Mattarella tərəfindən milli birlik hökuməti qurmağa dəvət edildi. "Liqa", "Beş Ulduz hərəkatı", "Demokratik Partiya" və "İrəli İtaliya" da daxil olmaqla partiyalarla uğurlu danışıqlardan sonra COVID-19 iqtisadi stimulunun effektiv tətbiqinə ,
pezzo di merdabnəzarət edəcəyini vəd edərək, 13 fevralda Baş nazir olaraq and içdi.[6]